EN

Zelenski ABŞ-a 10 sent belə vermək istəmir: "Razı olmayacağam!”

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin ABŞ ilə razılaşma çərçivəsində borcun hətta qismən ödənilməsinə belə razı olmayacağını bəyan edib.

Publika.az xəbər verir ki, o, bu barədə brifinqdə danışıb.

Ukraynanın sənəddə ABŞ-a borclu kimi göstərilmədiyini diqqətə çatdıran Zelenski, “Borc kimi hətta 10 sentin göstərilməsinə belə razı olmayacağam”, - deyə vurğulayıb.

O əlavə edib ki, Ukrayna təmənnasız olmağı dayandıracağı təqdirdə ABŞ-dan gələcək dəstək variantlarını müzakirə etməyə hazırdır.

Chosen
46
4
publika.az

7Sources