“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandasının azərbaycanlı futbolçusu Mahir Emrelidən danışıb.
Sportinfo.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, millimizin üzvünün meydana çıxmamasının səbəblərini açıqlayıb:
“Mən onu heç nəyə görə günahlandıra bilmərəm. Mahirlə danışmışam.
Ona dedim ki, başqaları kimi daha çox oynamaq istəyirsənsə, bunu göstərməlisən. Mən sənin istəyini hiss etməliyəm”.
“Nürnberq”in idman direktoru Joti Çatzialexio Mahirin Cənubi Koreyanın “Seul” klubuna keçəcəyi ilə bağlı yazılan xəbərlərə aydınlıq gətirib:
“Hələ ki, sakitlikdir. Mahir bizim komandanın üzvüdür və məşqlərə qoşulur. Meydana çıxıb-çıxmaması isə özündən asılıdır”.