Britaniya Baş naziri ölkənin müdafiə xərclərinin artırılacağını deyib.
"Ukraynada Putinin təcavüzü dayanmır. Rusiya casus gəmiləri sularımızı təhdid edir, Rusiya təyyarələri hava məkanımıza daxil olur, Rusiya kiberhücumları bizim səhiyyə sistemimizi vurur və cəmi 7 il əvvəl Salisbury küçələrində günorta saatlarında Rusiyanın kimyəvi silah hücumu oldu. Biz bundan gizlənə bilmərik", Baş nazir bildirib.
Keir Starmer jurnalistlərə deyib ki, bu, soyuq müharibədən bəri müdafiə xərclərinin ən böyük davamlı artımıdır.
Onun sözlərinə görə, müdafiə xərclərinin artımı dənizaşırı yardım xərclərinin azaldılması ilə təmin edilə bilər.
Baş nazirin bu açıqlaması gözlənilməz olub.
Prezident Donald Trump vəzifəyə başlayandan sonra ABŞ Rusiya ilə Ukraynadakı müharibəni bitirmək barədə müzakirələrə başlayıb. Bu müzakirələrə Ukrayna və Avropa ölkələri dəvət edilməyib.
Prezident Trump həmçinin 90 gün ərzində bütün xarici yardımları dayandırmaq istədiyini bildirib.
Ukraynaya hərbi yardımın 40 faizi Birləşmiş Ştatlardan gəlir.
Avropa ölkələri Ukraynanı tək qoymayacaqlarını deyir.
Avropa liderləri Rusiyadan gələ biləcək təhlükələrdən ehtiyatlanaraq öz təhlükəsizliklərinin qayğısına qalmaq üçün daha çox məsuliyyət götürməyə başlayıblar.
Video açılmırsa YouTube kanalımızda izləyin.