Bu ayın sonu musiqi məktəblərində çalışan pedaqoji heyətin, yəni müəllimlərin attestasiyası keçiriləcək.
Bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, eyni zamanda, digər sahələrdə də attestasiyaların keçirilməsi planlaşdırılır.
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, hər hansı idarə, təşkilat və müəssisənin öz kadrlarının peşəkarlığını, bilik və bacarıqlarını bu və ya digər metodlarla ölçməsi normaldır:
“Bu baxımdan müsiqi sahəsində çalışan müəllimlərin də sertifikasiya olunması anlaşılan və qəbuledilən olmalıdır. Əslində musiqi, incəsənət sahəsində daimi olaraq attestasiyalar keçirilməli, bu sahə sağlamlaşdırılmalıdır. Attestasiya ilə bu sahəyə təsadüfü düşən şəxslər kənarlaşdırlsa yaxşıdır. Müəyyən mənada musiqi məktəblərində yüksək peşəkar müəllimlərin çalışması bəlkə gələcəkdə Azərbaycan musiqisini də hazırki düşdüyü acınacaqlı, bayağı vəziyyətindən qurtara bilər”.