RU

Cahid İmanlı: Müsiqi müəllimlərinin də sertifikasiysı anlaşılan və qəbuledilən olmalıdır

Bu ayın sonu musiqi məktəblərində çalışan pedaqoji heyətin, yəni müəllimlərin attestasiyası keçiriləcək.
Bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, eyni zamanda, digər sahələrdə də attestasiyaların keçirilməsi planlaşdırılır.

Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, hər hansı idarə, təşkilat və müəssisənin öz  kadrlarının peşəkarlığını, bilik və bacarıqlarını bu və ya digər metodlarla ölçməsi normaldır:

“Bu baxımdan müsiqi sahəsində çalışan müəllimlərin də sertifikasiya olunması anlaşılan və qəbuledilən olmalıdır. Əslində musiqi, incəsənət sahəsində daimi olaraq attestasiyalar keçirilməli, bu sahə sağlamlaşdırılmalıdır. Attestasiya ilə bu sahəyə təsadüfü düşən şəxslər kənarlaşdırlsa yaxşıdır. Müəyyən  mənada musiqi məktəblərində yüksək peşəkar müəllimlərin çalışması bəlkə gələcəkdə Azərbaycan musiqisini də hazırki düşdüyü acınacaqlı, bayağı vəziyyətindən qurtara bilər”.
Избранный
97
sherg.az

1Источники