
ABŞ Maliyyə Nazirliyi Çin və Honq-Konqdan olan 6 şirkətə İranın dron və ballistik raket istehsalçılarına komponentlər tədarük etdikləri iddiası ilə sanksiya tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin hesabatında bildirilib.
Sanksiya tətbiq edilən şirkətlərdən beşi Honq-Konqda, biri isə Şençjendə (Quandun əyaləti) qeydiyyatdan keçib.
Xüsusilə, onlar İranın “Pishtazan Kavosh Gostar Boshra” (PKGB) və onun filialları “Narin Sepehr Mobin Isatis” (NSMI) şirkətlərini elektron komponentlərlə təchiz etməkdə ittiham olunurlar.