EN

Türkiyə Ukraynaya qoşun yeridə bilər

Türkiyə Avropa ölkələrinin Ukraynaya silahlı kontingent göndərmək təşəbbüsünə açıqdır.

Demokrat.az
xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumatlı mənbələrə görə, NATO-nun ABŞ- dan sonra ikinci ən böyük ordusuna malik olan Türkiyə  Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla məsələni müzakirə etdiyi bildirilir.

Eyni zamanda, agentliyin mənbələrinə görə, Ankara məsləhətləşmələrdə və onun formalaşması üçün hazırlıq işlərində iştirak etməsə, Türkiyə bu cür missiyanın bir hissəsi olmayacaq.

Əfsanə Kamal
Demokrat.az

Chosen
88
demokrat.az

1Sources