EN

"Microsoft" avtomobillər üçün süni intellekt modellərini təqdim etdi

ABŞ-nin texnologiya nəhəngi "Microsoft" süni intellekt sektorundakı mövqeyini genişləndirmək məqsədilə yeni bir addım atıb. 

Valyuta.az xəbər verir ki, şirkət "Phi" süni intellekt model ailəsinin ən son üzvlərini təqdim edib. 

"Phi-4-multimodal" və "Phi-4-mini" adlandırılan dil modelləri, xüsusilə avtomobillər üçün tətbiq inkişafına kömək edəcək.  

"Microsoft" tərəfindən verilən açıqlamaya görə, hər iki model artıq həm "Azure AI Foundry", həm də "Hugging Face" platformalarından əldə edilə bilər. İstifadəçilər bu modellərdən yararlanaraq kompüterlər, telefonlar, planşetlər və hətta avtomobillər üçün proqramlar inkişaf etdirə biləcəklər.  

"Microsoft"un yeni modelləri hansı imkanları təqdim edir?  

"Microsoft"a görə, "Phi-4-multimodal" modeli səs tanıma, tərcümə, xülasə hazırlama, səs anlama və görüntü analizi kimi sahələrə yönəlib. 128 min kontekst uzunluğuna sahib olan bu model "Microsoft"un məlumatına görə, "Gemini-2.0-Flash" modelindən daha yaxşı nəticələr göstərir.  

"Phi-4-mini" isə süni intellekt alətləri üçün köməkçi rolunu oynayır. "Microsoft"un açıqlamalarına görə, "Phi-4-mini" sürət və səmərəliliyi ön planda saxlayan ümumi məqsədli süni intellekt tətbiqləri üçün nəzərdə tutulub. Bu modelin əsasən araşdırma məqsədilə istifadə ediləcəyi gözlənilir. "Phi-4-mini"nin kontekst uzunluğu da "Phi-4-multimodal" kimi 128 min olaraq açıqlanıb.  

Sərvanə Rəmixanova

Chosen
121
50
valyuta.az

10Sources