EN

Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş bəzi sanksiyaların müddətini daha bir il uzadıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

Söhbət 2014, 2018 və 2022-ci illərdə Vaşinqtonun Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlərdən gedir.

Tramp vurğulayıb ki, o, bütün bu məhdudlaşdırıcı tədbirlərin 2025-ci ili martın 6-dan sonra da qüvvədə qalmalı olduğu qənaətinə gəlib.

Milli.Az 

Chosen
200
2
milli.az

10Sources