EN

Superliqa və birinci liqa klubları maraqlanır - Azərbaycanlı hücumçu ilə

“Nürnberq”in hücumçusu Mahir Emreliyə bir sıra komandalardan təklif gəlib.

Azərbaycan millisinin forvardının Cənubi Koreyaya yollanmaq ehtimalı haqda xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, “Seul”un transfer siyahısında yer alan Emrelinin Türkiyəyə yollanmaq variantı da var.

Belə ki, onunla Türkiyənin Superliqa və birinci liqa klubları yaxından maraqlanır.

Emreli “Nürnberq”dən ayrıla bilər, lakin onun karyerasını harada davam etdirəcəyi hələ ki məlum deyil. O, yayda Almaniya klubu ilə 1+1 illik mqüavilə imzalamışdı.

Chosen
125
18
sportinfo.az

10Sources