EN

Azərbaycanda hakimlərin sayı açıqlandı

Azərbaycanda hazırda 628 hakim fəaliyyət göstərir.

Heftelik.az-ın məlumatına görə,  bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin Forumunda bildirib.

İnam Kərimov qeyd edib ki, ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb:

“Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə – 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir”.

İnam Kərimov bildirib ki, ötən il 550-dək hakim çoxsaylı təlim və ixtisasartırma kurslarına cəlb edilib:

“Hakimlər İttifaqının xətti ilə mülki və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində təşkil edilmiş təcrübə mübadiləsi proqramları da hakimlərimiz üçün faydalı olub. 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib”.

Chosen
236
21
heftelik.az

10Sources