EN

Britaniyanın keçmiş baş naziri krallıqda kütləvi üsyana çağırır

Britaniyanın krallığın siyasi və bürokratik sistemlərindəki problemlər fonunda "kütləvi üsyana" ehtiyacı var...

Poliqon xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Liz Trass amerikalı jurnalist Qlen Qrinvaldın YouTube kanalında bildirib.

"Ölkəmizdə baş verənlərə görə Britaniyada kütləvi üsyana ehtiyacımız var", deyə siyasətçi bildirib.

Trass vurğulayıb ki, ən böyük problemlər məhz dövlət qulluğunda yaranır.

Yanvar ayında Trass Britaniyanı "uğursuz dövlət" adlandırmışdı. Onun sözlərinə görə, əvvəllər ölkə sakinləri "dünyanın ən yararsız siyasətçiləri"ndən gileylənirdilər ki, onları qovulub yeniləri tapılsın. Lakin keçmiş baş nazirin fikrincə, bu cür kadr dəyişikliyindən sonra vəziyyət yaxşılaşmır, çünki əsas problem dövlətin özündədir.

Liz Trass cəmi 49 gün baş nazir vəzifəsində çalışıb. İqtisadi planı funt-sterlinqdə rekord ucuzlaşmaya səbəb olduqdan sonra istefa verib. 2024-cü ildə Truss da seçkilərdən sonra parlamentdəki yerini itirib.

Poliqon.info

 

 

Chosen
29
poliqon.info

1Sources