EN

Azərbaycan-Pakistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Bakı. Trend:

Azərbaycanla Pakistan İslam Respublikası arasındakı münasibətlərqardaşlıq və dostluq prinsiplərinə söykənməklə, strateji məzmundaşıyır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu günlərdəölkəmizə etdiyi rəsmi səfər bunu bir daha təsdiq etdi. Səfər zamanıkeçirilən bütün görüşlər, tədbirlər, imzalanan sazişlər və əldəedilən dövlətlərarası razılaşmalar göstərdi ki, bir-birinin millisuverenliyini hər zaman dərindən dəstəkləyən bu iki ölkənintərəfdaşlığı həqiqətən də sarsılmaz mənəvi dəyərlərə əsaslanır.

Yalnız müsəlman dünyasında və yerləşdiyi regionda deyil,beynəlxalq siyasi müstəvidə güclü mövqeləri və yüksək nüfuzu olanPakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdənbiridir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın ərazibütövlüyünü ilk gündən birmənalı şəkildə müdafiə edən PakistanErmənistanın müstəqilliyini rəsmən tanımayıb və indiyə qədər də buölkə ilə siyasi-diplomatik əlaqələr qurmayıb. 2012-ci ildə PakistanSenatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə isə bu ölkəninMilli Assambleyasının Xarici İşlər Komitəsi Xocalı soyqırımınıtanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyənqətnamələr qəbul edib.

Böyük məmnunluqla qeyd etməliyik ki, torpaqlarımızın işğaldanazad olunması ilə nəticələnən Vətən müharibəsi vaxtı Pakistanınrespublikamızla həmrəylik nümayiş etdirməsi Azərbaycanda həmişəböyük rəğbətlə xatırlanır. Bu həmrəyliyin nümunəsi kimi 2020-ciilin oktyabr ayında Pakistan Milli Assambleyası Ermənistanın hərbitəcavüzünü pisləyən qətnamə qəbul edib. Bununla yanaşı PakistanSenatında Kabinet Katibliyi üzrə daimi komitə tərəfindənAzərbaycana qarşı Ermənistanın təcavüzünü pisləyən və ölkəmizədəstək ifadə edən qətnamə də qəbul olunub. Pakistanın Azərbaycanasiyasi-mənəvi dəstəyini və ölkəmizlə həmrəyliyini hər zaman yüksəkqiymətləndirən Prezident İlham Əliyev bu barədə deyib:

"Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din,həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistanaminnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib.Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir vəbu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkəmövqeyidir, buna görə mən minnətdaram".

Öz növbəsində Azərbaycan Kəşmir problemi ilə bağlı həmişəPakistanın ədalətli mövqeyinə siyasi dəstək verib. Respublikamız bumövqeyini istər ikitərəfli səviyyədə, istərsə də beynəlxalqtəşkilatlarda daim nümayiş etdirib və etdirməkdədir.

İki ölkə arasında əlaqələrin inkişafında Heydər Əliyev Fondununda xüsusi rolu var. Fondun Pakistanda həyata keçirdiyi humanitarlayihələr iki qardaş dövləti və onların xalqlarını bir-birinə dahada yaxınlaşdırıb. 2015-ci ildə Azərbaycanın Birinci xanımı, HeydərƏliyev Fondunun prezidenti Mehriban Əliyeva qardaş ölkənin “Hilal-ePakistan” ordeni ilə təltif edilib.

Bütün bunlar iki dövlət arasındakı münasibətlərin yüksəksəviyyəsini nümayiş etdirən olduqca mühüm siyasi detallardır. Eləbuna görə də Azərbaycanla Pakistanın ali siyasi rəhbərləriarasındakı bütün görüşlər və təmaslar hər zaman olduqca yüksək vəsəmimi ovqatda, xoş atmosferdə keçir. Azərbaycan PrezidentiPakistanda, Pakistanın Baş naziri isə Azərbaycanda ən əziz qonaqkimi qarşılanır. Baş nazir Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəridə bu baxımdan əlamətdar oldu.

Məhəmməd Şahbaz Şərifin səfəri zamanı ikitərəfli gündəliyə daxilolan bir sıra mühüm məsələlər müzakirə edildi, müdafiə və müdafiəsənayesi, enerji, nəqliyyat sahələrində əməkdaşlıq imkanları və buimkanların daha da inkişaf etdirilməsi nəzərdən keçirildi. Məlumolduğu kimi Azərbaycanla-Pakistan arasında müdafiə sənayesisahəsində faydalı əməkdaşlıq xeyli müddətdir həyata keçirilir. Bunamisal olaraq Pakistanın istehsalı olan döyüş təyyarəsininAzərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsinigöstərmək olar. Prezident İlham Əliyevlə Məhəmməd Şahbaz Şərifingörüşündə bu sahədə əməkdaşlıqla bağlı yeni razılışmalar əldəedildi və iki qardaş ölkə tezliklə müdafiə sənayesi məhsularınınbirgə istehsalını da həyata keçirəcək.

Pakistan Baş nazirinin səfəri zamanı toxunulan məsələlərdən biriiqtisadi əlaqələrin mövcud potensialı tam əks etdirməməsi ilə bağlıoldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ikitərəfliticarətimiz siyasi səviyyədəki əməkdaşlığımıza uyğun gəlmir. Bubaxımdan səfər çərçivəsində Bakıda Azərbaycan-Pakistan biznesforumunun keçirilməsi iqtisadi sferadakı əməkdaşlığıgenişləndirmək, bu istiqamətdə olan boşluqları aradan qaldırmaqməqsədlərinə xidmət etdi. Görünən də odur ki, hər iki tərəf bununlabağlı güclü siyasi iradə nümayiş etdirir. Təsadüfi deyil ki,Pakistanın Baş naziri ilə birlikdə ölkəmizə bu ölkənin iş adamlarıda gəlmişdilər.

Azərbaycanın isə Pakistanla iqtisadi müstəvidə əlaqələridərinləşdirmək üçün hədəfləri daha böyükdür. Belə ki, ölkəmizPakistanın iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayəyatırmağı da planlaşdırır. Azərbaycanın sərmayələri ilə bağlılahiyələr artıq müəyyən olunub və Prezident İlham Əliyevinbildirdiyi kimi Novruz bayramından sonra iki ölkə arasında busahədə razılaşmalar əldə olunacaq. Bu layihələr infrastruktur,energetika, mədən işi və digər sahələri əhatə edir. Pakistandainkişaf etmiş sahələrdən biri də əczaçılıqdır. Azərbaycanın qardaşölkəyə təklif etdiyi iqtisadi əməkdaşlıq sferalarından biri dəəczaçılıq sahəsində birgə istehsal müəssisələrinin yaradılmasıolacaq.

Bütün bunlar Azərbaycanla Pakistanın iqtisadi-ticarimünasibətlərinin inkişafında böyük sıçrayış olacaq. Bakıdaimzalanan 12 sənəd də iki ölkə arasında əlaqələrin hüquqi bazasınıgücləndirmirəklə bərabər, iqtisadi əməkdaşlığın inkişafına mühümtəkan verəcək, bu sferadakı göstəriciləri siyasi münasibətlərdəolduğu kimi yüksək səviyyəyə qaldıracaq. Başqa cür desək, busənədlər və Bakıda əldə olunan digər razılaşmalar gələcəkəməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq və tezliklə iqtisadi-ticaridövriyyənin artımı baş verəcək.

Baş nazir Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəriAzərbaycan-Pakistan qardaşlığının və dostluğunun güclü və sarsılmazolduğunu, möhkəm təməllərə söykəndiyini bir daha bütün dünyayanümayiş etdirdi. Eyni zamanda bu səfər Azərbaycan-Pakistanmünasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək. Prezidentİlham Əliyevin qeyd etdiyi kimi bu səfər ölkələrimiz arasındaqardaşlıq əlaqələrini gücləndirəcək və biz beynəlxalq təsisatlardabir-birimizi dəstəkləməkdə davam edəcəyik.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Chosen
10
3
az.trend.az

4Sources