EN

İran yeni döyüş gəmisini donanmasına daxil edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) yeni döyüş gəmisini donanmasına daxil edib.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, “Rais Ali Delvari”nin adını daşıyan yeni gəmi İranın cənubunda yerləşən Bəndər-Abbas limanında keçirilən mərasimlə SEPAH HDQ-nin istismarına verilib.

Mərasimdə çıxış edən SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tanqsiri bildirib ki, yeni gəmi bir ədəd helikopter daşıya, 32 knot sürətlə üzə və 5000 km məsafə qət edə bilər.

Onun sözlərinə görə, hazırda 300 km mənzilə malik raketlərlə silahlandırılan “Rais Ali Delvari” döyüş gəmisi 750 km mənzilə sahib rakatlərlə də təchiz oluna bilər.

Chosen
53
poliqon.az

1Sources