EN

Azərbaycanın alüminium ixracından gəlirləri 23%-dən çox azalıb

Ölkədə alüminium ixracının gəlirləri 23%-dən çox azalıb.

Ötən ay Azərbaycan İnvestisiya Holdinqin idarəetməsində olan “Azəralüminium” MMC 8,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə Operativ Media  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 23,2% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirləri 245,8 milyon ABŞ dolları təşkil edib.

Chosen
69
2
operativmedia.az

3Sources