EN

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir

Bu gün Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir

Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Nazirliyin Mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında olan vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2025-ci il fevral ayının 28-dən may ayının 1-i saat 23:59-dək aparılacaq.

Namizədlər qeyd olunan tarixədək ərizələrini Nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsində “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət” adlı hissəyə və ya linkə daxil olmaqla təqdim edə bilərlər.

Chosen
46
operativmedia.az

1Sources