EN

Salyanda iki nəfər dəm qazından boğularaq öldü

Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüblər.

Bədbəxt hadisə nəticəsində ölənlər - Sabirabad sakini, 1998-ci il təvəllüdlü Davud Qabil oğlu Ələkbərzadə və Neftçala sakini, 1995-ci il təvəllüdlü Urufət Oruc oğlu Ağamməmmədovdur.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Mənbə: APA

Chosen
382
47
e-huquq.az

10Sources