EN

Anar Əliyev nazir qismində ilk dəfə vətəndaş qəbulu keçirib

Bu gün Anar Əliyev nazir qismində ilk dəfə vətəndaş qəbulu keçirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naftalan şəhərində həmin şəhərin və Goranboy rayonunun sakinlərini qəbul edib.

Bu barədəOperativ Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailəsi üzvləri və müharibə veteranları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Chosen
136
45
operativmedia.az

10Sources