EN

DÜNYANIN RİNQ MEYDANINIDA RADİKAL DƏYİŞİLİKLƏR PROSESİ GEDİR...

ABŞ-da  Donald  Trampın  yenidən  hakimiyyətə  gəlişi "böyük  güclər"   arasında  rəqabəti  radikal şəkildə dəyişdi. Əvvəllər  dünyanın  bölüşdürülməsi  məsələsində  bir  səngərdə  yer  alan  ABŞ-la Avropa Birliyi indi  qarşı-qarşıya  gəlməyə  başlayıb.

Avropa  Birliyi  ilə  Rusiya  arasında  yerləşən  və  zəngin  təbii  mineral  ehtiyatlarına  malik  Ukraynanı  öz aralarında  bölüşdürülmək  uğrunda  savaş  açıq  müstəviyə  qədəm  qoyub.

Ukraynaya  nəzarət  etmək  üçün  Tramp - Putin  sövdələşməsi  Avropanin  aparıcı  dövlətləri  olan Fransanı , Almaniyanı və Böyük  Britaniyanı  ABŞ-a  qarşı  "qiyam" qaldırmağa  vadar  edir. Bu  reallıq   Vaşinqton  və  Moskvanı  "pat"  vəziyyətinə  salıb.

Müşahidələr  göstərir  ki , hadisələr  getdikcə  gərgin  xarakter  alır:

1.Donald  Tramp  Avropa  Birliyi  və  Ukraynaya  qarşı  təzyiqləri  artırır;

2. Tramp  administrasiyası  tərəfindən  ticari məqsədlər  naminə  Ukraynanın  şərtlərini  nəzərə  almadan müharibəninin  dayandırılması  tələbi ; mövqelər  və  tərəflər  arasında  parçalayıcı  faktora  çevrilib.

3. Avropa  Birliyi  ölkələri  Ukrayna  məsələsində  radikal  addımlar  atmağa  hazırlaşır; 

4. Böyük  Britaniya  və  Fransa başda  olmaqla  Avropa ölkələri  Rusiyanı  çökdürməkdə  qərarlı  görünür;

5. Türkiyənin  Ukrayna  məsələsində  ədalətli  mövqe  sərgiləməsi Avropa  Birliyini  cəsarətləndirir.

Hadisələrin  gedişi  göstərir  ki, Avropa  ölkələrinin  və  Türkiyənin  mövqeyi  nəzərə  alnmasa, Ukraynanın taleyini  ABŞ-la  Rusiyanın  həll  etməsi  mümkün  olmayacaq.

Proseslərin  bu  istiqamətdə  inkişafı  DÜNYA   RİNQ  MEYDANINDA  aşağıdakı   situasiyanın yaranmasına  zəmin  hazırlayır:

1. Avropa  Birliyi  parçalana  bilər;

2. Türkiyənin  mövqeyi  Avropa  Birliyinin  manevr  imkanlarını  genişləndirə  bilər;

3. Türkiyə  ilə  Avropa  Birliyinin  bir  platformadan  çıxış  etməsi ;  ABŞ  və  Rusiyanı öz hikkəli mövqelərini yumşaltmağa  məcbur  edəcək. Çünki ABŞ  və  Rusiya  yaxşı  bilir  ki, Türkiyə  NATO-nun  ən  əsas  vuran qoludur. Türkiyə  kimin  yanında  dursa ,  o  blok  və  yaxud  birlik  böyük  gücə  çevriləcək.

Bundan  başqa, məlumdur  ki, Türkiyə  ən  azından  Krımın  və  Krım  türklərinin  taleyinə  biganə  qala bilməz. İkincisi isə Türkiyə  yaxın  gələcəkdə  Avropanın ortaq  təhlükəsizlik sistemində  həlledici rol oynaya  bilər.

ABŞ-ın  Avropada təsiri azaldıqca,  xüsusilə ABŞ qoşunlarının çıxarılmasından sonra  Balkan bölgəsinin sabitləşdirilməsində  Avropanın  xristian  və  müsəlman dünyası arasında   barışdırıcı  faktor  kimi Türkiyənin  əhəmiyyəti  danılmaz  olacaq.

Bütün  bu  reallıqlar  göstərir  ki, Ağ  Evin  və  Kremlin   siyasi  rəhbərliyi  özləri  də   bilmədən Avropa Birliyi ilə Türkiyənin  yaxınlaşmasını  tarixi  zərurətə  çevirirlər .

Qəvami  SADIQBƏYLİ

Chosen
59
hurriyyet.az

1Sources