EN

Serdar Dursun İranlı azarkeşləri hövsələdən çıxartdı - VİDEO

İsmayıl Kartalın çalışdırdığı "Persepolis" İran Premyer Liqasının 21-ci həftəsində "İstiqlal"ı qəbul edib.

Apasport.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Matçın ilk hissəsində "Persepolis"də çıxış edən Serdar Dursunla komanda yoldaşları arasında penalti böhranı yaşanıb.

Belə ki, türkiyəli 45+3-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilmir. Lakin "İstiqlal"ın qapıçısı Seyid Hüseyni qapı xəttini keçdiyi üçün matçın baş hakimi penaltinin yenidən yerinə yetirilməsinə işarə edir. 

Serdar ikinci dəfə penaltini yerinə yetirmək istəsə də, komanda yoldaşları buna imkan verməyib. Hüseyn Kanani topa nəzarəti ələ alaraq penaltini qola çevirib. 

Meydan sahiblərinin digər qolunu isə 71-ci dəqiqədə Əli Əlipur vurub. Əlireza Kouşkinin 55-ci dəqiqədə vurduğu qol "İstiqlal"ın qələbəsi üçün yetərli olmayıb.

Qeyd edək ki, "Persepolis" 41 xalla 3-cü, "İstiqlal" isə 26 xalla 8-ci pillədə qərarlaşıb. 

Joze Mourinyo və Okan Buruk cəzalandırıldı

“Mançester Siti”dən növbəti transfer - RƏSMİ

"Qalatasaray" "Fənər"in 2 üzvünü TFF-yə ŞİKAYƏT ETDİ

“Bavariya”dan yeni rekord

Ulduz futbolçu "Qalatasaray"dan gedir - Okan Buruk istəmir

Chosen
51
apasport.az

1Sources