EN

Haaqada Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)

Bakı. Trend:

Niderlandın Haaqa şəhərində Xocalı soyqırımının 33-cü ildönümüilə əlaqədar anım mərasimi keçirilib. Tədbir Azərbaycan DiasporunaDəstək Fondunun və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasınındəstəyi, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığıilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbiriştirakçıları əvvəlcə Haaqanın “Nieuw Eykenduynen” (Yeniİkendinen) məzarlığındakı Xocalı soyqırımı abidəsi önünə güldəstələri düzüb, faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəliksükutla yad ediblər.

Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktoru ƏkrəmAbdullayev, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyaİdarəsi rəhbərinin müşaviri Hüseyin Altınalan, Milliyətçi HərəkatPartiyasının sədr müavini, millət vəkili İlyas Topsakal,Azərbaycanın Niderlanddakı səfirinin müşaviri Nurlan Əliyev,Türkiyənin Niderlanddakı səfirliyinin nümayəndəsi Pınar GülünKayseri, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF)sədrinin müşaviri Pərviz Məmmədzadə, Niderland ictimaiyyətininnümayəndəsi Ron Gazelle, insan hüquqları müdafiəçisi Paul Donkers1992-ci il fevralın 26-na keçən gecə erməni cəlladlarının dincinsanlara qarşı törətdiyi soyqırımın tarixindən danışıb, bufaciənin Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığınısöyləyiblər. Tək azərbaycanlılara qarşı deyil, bəşəriyyət əleyhinəcinayət olan Xocalı soyqırımına beynəlxalq ictimaiyyətin laqeydqalmamasının vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda Xocalıyaqayıdış prosesindən, Prezident İlham Əliyevin Xocalıya səfərləri,yerli sakinlərlə görüşləri xatırladılıb.

Ailə üzvlərini həmin gecədə itirən Xocalı sakini, "ErməniTəcavüzünün Tanıdılması" İctimai Birliyinin sədri yazıçı-publisist,jurnalist Səriyyə Müslümqızı da çıxışçılar sırasında olub. O, 32ildən sonra Xocalıya qayıdan ilk sakinlərdəndir. Səriyyə Müslümqızıuzun illər həsrət qaldığı Xocalının hazırkı inkişafından fərəhlədanışıb. Holland dilinə tərcümə olunmuş “Onlar heç zamanböyüməyəcəklər” (Ze werden nooit volwassen) və “Xocalıdan gələnvar” (Geesten uit Khojaly) kitablarını iştirakçılara təqdim edib.Xocalı soyqırımının qurbanı olan qadın və uşaqların həyatından bəhsedən və müxtəlif dillərə çevrilmiş kitablar iştirakçılar tərəfindənböyük maraqla qarşılanıb.

Tədbirin davamında Heydər Əliyev Fondunun Xocalı soyqırımı iləbağlı hazırladığı videoçarxlar, "Xocalı Nişanəsi" adlıbədii-sənədli qısametrajlı film göstərilib və Hollanda-AzərbaycanTürk Kültür Dərnəyinin sədri İlhan Aşkının videoçıxışısəsləndirilib. Xarıbülbül məktəbinin şagirdlərinin Xocalışahidlərinin yaşadığı dəhşətləri və faciənin acı reallığını əksetdirən rəsm sərgisi nümayiş olunub. Sərgi rəsmləri yer alanuşaqlara səhnədə təşəkkür hədiyyələri verilib.

Bağlanış nitqində Tuğrahan Aşkın, Xocalı faciəsinin təkcəanılması deyil, eyni zamanda gələcək nəsillərə ötürülməsininvacibliyini vurğulayıb və məhz bu məqsədlə rəsm sərgisinin təşkiledildiyini bildirib.

Qeyd edilir ki, diaspor təşkilatlarının və fəallarının gördüyübu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərininbeynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqcafaydalıdır.

Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Haaqada
Chosen
67
4
az.trend.az

5Sources