EN

Azərbaycanda ulduz sertifikatı verilən hotellərin sayı AÇIQLANDI

Bakı. Trend:

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosutərəfindən hotellərdə ulduzlaşma prosesi davam etdirilir və ölkəüzrə əksəriyyəti Bakı və Abşeronda yerləşməklə 257 hotelə ulduzsertifikatı verilib.

Trend xəbərverir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının (AHA) 6-cı BaşAssambleyasında çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədrininmüşaviri Kənan Quluzadə deyib.

Regionlar üzrə monitorinqlərin başlanacağını qeyd edən KənanQuluzadə ilkin mərhələdə Gəncə, Göygöl, Şəki, Qəbələ, Yevlax,Mingəçevir və Xankəndi şəhərlərində monitorinqlərin aparılacağını,təxminən 160-dan çox yerləşmə müəssisəsi üzrə monitorinqlərinkeçiriləcəyini əlavə edib.

Qeyd edək ki, tədbir 2024-cü il ərzində görülən işlər haqqındaməlumat vermək və gələcək fəaliyyət planını müzakirə etməkməqsədilə keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri,hotelçilik sənayesinin təmsilçiləri və digər turizmassosiasiyalarının rəhbərləri iştirak ediblər.

Məqalədə:
Chosen
61
4
az.trend.az

5Sources