Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda yanacaq tankerinin partlaması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, məlumata görə, Nizip Sənaye Sahəsi 14-cü küçədə təmir işləri aparılan yanacaq tankeri naməlum səbəbdən partlayıb.
Hadisə yerinə xilasetmə, tibbi yardım və polis qrupları gedib.
Partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.