EN

Bu il doğulacaq uşaqlara bağlı XƏBƏRDARLIQ

Avstraliyalı demoqraf və sosial tədqiqatçı Mark Makkrindlın araşdırmalarına görə, 2025-ci ildə doğulan uşaqlar ilk "Beta" nəsli nümayəndələri olacaq. 

Əvvəlki nəsillər latın əlifbasının yeni bir hərfi ilə adlandırıldığı halda ( 1964–1980-ci illərdə doğulanlar “X” nəsli, 1981–1996-cı illər arasında doğulanlar “Y” nəsli, Zumerlər isə (1997–2010) “Z” nəsli adlanır). Bu, onların fiziki və rəqəmsal dünyanın qarışdığı, texnologiyanın və süni intellektin həyatın ayrılmaz hissəsinə çevrildiyi bir mühitdə doğulmaları ilə əlaqədardır. Gələcəkdə "Beta" nəslindən sonra gələn nəsillərin də yunan əlifbasının hərfləri ilə adlandırılması planlaşdırılır: 

"Məsələn, Qamma" (2040-2054) və "Delta" (2055-2069). Beta nəsli tamamilə yeni, yüksək texnologiyalı bir dünyada formalaşacaq. Böyük ehtimalla onlar süni intellektin tam inkişaf etdiyi bir dövrdə yaşayacaqlar və neyron şəbəkələri gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək. 2025–2039-cu illərdə doğulan uşaqlara həm onların valideynləri – “Z” nəsli və milleniallar, həm də rəqəmsal ünsiyyətin inkişafı təsir edəcək. Bu nəsil "onlayn" və "oflayn" həyat arasında balans qurmağı öyrənməli olacaq. Eyni zamanda, onların valideynləri adaptivliyi yüksək qiymətləndirir və ekoloji problemlərə böyük diqqət ayırırlar ki, bu da "Beta" nəslinin formalaşmasına təsir göstərəcək. 

Xatırladaq ki, insanları doğum illərinə görə nəslə ayırmaq nisbətən yeni bir fikirdir. İlk dəfə bu yanaşmanı 1991-ci ildə amerikalı yazıçı Uilyam Ştraus və demoqraf Nil Hou "Nəsillər: Amerikanın Gələcəyinin Tarixi", "1584-dən 2069-a qədər" (Generations: The History of America's Future, 1584 to 2069) kitabında irəli sürüblər. 

Onlar təxminən eyni dövrdə (təxminən 20 il ərzində) doğulan insanların oxşar davranış modellərinə sahib olduqlarını, bir çox sosial, iqtisadi və siyasi baxışları paylaşdıqlarını və nəticədə bənzər həyat ssenarilərinə uyğun yaşadıqlarını irəli sürüblər. Bəzi tədqiqatçılar isə nəsil nəzəriyyəsini tənqid edirlər. Məsələn, ABŞ-nin "Pew Research Center" Araşdırma Mərkəzi hesab edir ki, irq və sinif qrup birliyini müəyyən edən daha vacib amillərdir. 

Chosen
70
cebheinfo.az

1Sources