EN

Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması işləri sürətlə davam etdirilir

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.

Viral.az xəbər verir ki, ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.

Hazırda 2-ci km-də yolötürücü qurğunun beton işlərinin yekunlaşdırılması planlaşdırılır, yanaşma yollarının tikintisi isə davam etdirilir. Həmçinin birinci mərhələ üzrə mövcud dəmir yolunun 50 faizi demontaj olunub, işlər davam etdirilir.

Son Yazılar:

Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin birinci mərhələsində yol geyiminin dayanıqlılığının artırılması üçün geoqriddən (torpaq qatının möhkəmləndirilməsi, torpağın eroziyadan qorunması və su axınının tənzimlənməsi üçün hazırlanan torşəkilli sintetik mühəndislik materialı) istifadə olunur. Geoqridin çəkilməsi xərclərin optimallaşdırılmasına müsbət təsir edir. Bundan başqa, qrunt sularının səviyyəsinin yüksək olması dəmiryol yatağının çökməsinə gətirib çıxara bilər. Bunun qarşısının alınması üçün beynəlxalq təcrübədə geoqriddən istifadə tövsiyə olunur.

Layihə üzrə ikinci mərhələ Kür çayı üzərində inşası 2023-cü ildə tamamlanmış və artıq istismara verilmiş cüt dəmir yolu körpülərindən ibarətdir. Üçüncü və dördüncü mərhələlər üzrə isə layihələndirmə işləri davam etdirilir.

Qeyd edək ki, Ələt-Osmanlı-Astara dəmir yolu xətti sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunub. Dəmir yolunun tikintisinin əhəmiyyəti ölkənin tranzit potensialının artırılmasına, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına, eləcə də ümumi dəmiryol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd edilən istiqamətdə avtomobil yolları ilə bir çox eyni səviyyəli kəsişmələrin müxtəlif səviyyəli kəsişmələrlə əvəzlənməsi işləri görülür.

Tikinti işlərinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.

8a7e85b3 e079 45ab a68c 7f70b72b7788 1 1

4231a8f2 b57f 4d09 8381 e8580adfaffa

c2183dea 95dd 4b50 9aea 6e29c745bbde

c771ae4f 6b80 48d4 be04 e3eaf684a155

5d6b36c0 21b9 4b7c a516 cb61a7d2e604

8ab16e61 8eb7 4b4c ab77 4abd81707ebb 2

8a7e85b3 e079 45ab a68c 7f70b72b7788 1 1

4231a8f2 b57f 4d09 8381 e8580adfaffa

c2183dea 95dd 4b50 9aea 6e29c745bbde

c771ae4f 6b80 48d4 be04 e3eaf684a155

5d6b36c0 21b9 4b7c a516 cb61a7d2e604

8ab16e61 8eb7 4b4c ab77 4abd81707ebb 2

Chosen
19
5
viral.az

7Sources