ABŞ Prezidenti Avropa Birliyindən (AB) idxal olunan mallara 25 faizlik gömrük rüsumları tətbiq etməklə hədələyib...
Samir Hümbətov: “Biznesmen olaraq Donald Tramp yaxşı başa düşür ki, ABŞ Avropa İttifaqından nə qədər yararlanır”.
“Tramp Avropa İttifaqını təhdid edə bilər. Ancaq dediklərini tətbiq etmək inandırıcı görünmür”.
Bu sözləri politoloq Samir Hümbətov ABŞ prezidentinin Avropa İttifaqını rüsumlarla təhdid etməsini Poliqon-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Avropa Birliyindən (AB) idxal olunan mallara 25 faizlik gömrük rüsumları tətbiq etməklə hədələyib. Bu barədə “Financial Times” məlumat yayıb. Ağ Ev rəhbəri ittifaqı tənqid edərək, onun ABŞ-yə zərər vermək üçün yaradıldığını deyib.
Donald Trampın sözügedən hədələri Avropa İttifaqını qorxutmaq mahiyyəti daşıyır, yoxsa bu təhdidi həyata keçirə bilər?
ABŞ-Avropa münasibətlərini Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov ilə müzakirə edib.
Samir Hümbətov: “Trampın Avropa İttifaqını təhdid etməkdə məqsədi Rusiya ilə danışıqlarda Ukrayna məsələsi ilə bağlıdır. Yəni danışıqlarda Avropa İttifaqının başqa mövqe tutmamasıyla bağlı bu addım atılır”.
Donald Trampın Böyük Britaniyanı hədələyəcək və onu özünə tabe edəcək qədər güclü olmadığını vurğulayan politoloq Poliqon-a açqılamasında qeyd edib ki, Tramp Avropa ölkələrini idarə edəcək qədər güclü deyil:
“Məncə Donald Trampın bu fikirləri hədə-qorxu xarakteri daşıyır. Çünki biznesmen olaraq Donald Tramp yaxşı başa düşür ki, ABŞ Avropa İttifaqından nə qədər yararlanır. ABŞ-la Avropa arasında böyük ticarət dövriyyələri var. Yəni ABŞ-nin ən böyük ticarət dövriyyəkərindən biri də Avropa İttifaqı ilədir. Ortalama götürəndə 1 trilyon dollar üzərində bir ticarət dövriyyəsi var. Bu da kifayət qədər böyük bazardır.
Buna görə də, Tramp Avropa İttifaqını təhdid edə bilər. Ancaq dediklərini tətbiq etmək inandırıcı görünmür. Trampın Avropa İttifaqını təhdid etməkdə məqsədi Rusiya ilə danışıqlarda Ukrayna məsələsi ilə bağlıdır. Yəni danışıqlarda Avropa İttifaqının başqa mövqe tutmamasıyla bağlı bu addım atılır.
Donald Tramp Böyük Britaniyanı hədələyəcək və onu özünə tabe edəcək qədər güclü deyil. Eyni zamanda Tramp Avropa ölkələrini idarə edəcək qədər güclü deyil. Avropa və ABŞ sıx bir-birləri ilə işləyən dövlətdirlər. Belə bir dövləti əldən vermək ABŞ-nin qabağını boş qoymuş olur. Bu baxımdan düşünürəm ki, bir az ehtiyatlı davranmağa çalışırlar. Hər halda Tramp bunu düşünməsə də, orada işləyən ağıllı strateqlər bunu edəcəklər”.
Nərminə UMUDLU
Poliqon.info