EN

Sabah Bakıya güclü qar yağacaq - 5° şaxta olacaq

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Xəbərdə bildirilir ki, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.


Telegram kanalımız
Chosen
112
49
yenisabah.az

10Sources