EN

Əmək hüquqlarını pozan bir sıra şirkət barədə iş məhkəməyə göndərilib

Bakı. Trend:

Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxilolmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindənkənar icraatlar idarəsində araşdırma aparılıb.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Araşdırma zamanı hüquqi şəxs “Kristal Bakı İnşaat” ASC-ninvəzifəli şəxsi tərəfindən işçinin əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinəcəlb edilməsi müəyyən edilib.

Bundan başqa hüquqi şəxs “Olimp-Hospital” MMC, “TİM Consulting”MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərinə əmək haqqı və sonhaqq-hesabın ödənilməməsi nəticəsində əmək haqqının hesablanmasındavə ödənilməsində qanun pozuntularına yol verilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1(əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürəntərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinəyetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqınınödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri iləinzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçünaidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə və DövlətƏmək Müfəttişliyinə göndərilib.

Məqalədə:
Chosen
43
49
az.trend.az

10Sources