Suriyanın paytaxtı Dəməşqdə bir vaxtlar devrilmiş Bəşər Əsəd rejiminin kimyəvi silah saxlamaq üçün istifadə etdiyi obyektə ilk dəfə Anadolu Agentliyi (AA) komandası görüntüləyib.
News24.az xəbər verir ki, 2013-cü ildə kimyəvi silahdan istifadəni araşdıran istintaq qrupunda xidmət edən məmur Suriyada kimyəvi silahdan istifadə edilən obyekt haqqında məlumat verib.
Rəsmi Dəməşq yaxınlığında yerləşən və uzun illər gizli saxlanılan obyektin 2013-cü ilin avqustunda Şərqi Qutaya kimyəvi silah hücumundan sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) heyəti tərəfindən araşdırıldığını bildirib.
Qurum rəsmisi, BMT nümayəndə heyətinin 2013-cü ildə təftiş edərkən devrilmiş Əsəd rejiminin obyektdəki kimyəvi silah anbarını sənədləşdirdiyini və "Bu anbar kimyəvi maddələrin saxlandığı yerlərdən sadəcə biri idi. O dövrdə beynəlxalq təzyiqlər nəticəsində silahlar məhv edildi" deyib.
Havadan çəkilmiş görüntülərdə obyektin hündür təpənin üzərində tikildiyi və ətrafında hündür torpaq qalaqlarının olduğu görülüb.
Həmin görüntüləri təqdim edirik:
Günel Məlikzadə