Sonra yaş kateqoriyası üzrə bölünmüş qruplar şəklində yarışlara start verilib, iştirakçılar kiçik mühərriklər, ötürücülər və mikrokontrollerlər vasitəsilə robotlar hazırlayıblar. Uşaqlar böyük həvəslə qatıldığı yarışda alqoritm və komandada işləmək bacarıqlarını inkişaf etdiriblər.
Maraqlı və rəqabət şəraitində keçən yarışın qalibləri mükafatlandırılıb. AHİK-in sədr müavinləri - Musa Mirzəyev, Hikmət Osmanov və Qəzənfər Abdullayev uşaqları təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, AHİK könüllüləri də tədbirin təşkilində yaxından iştirak edib, uşaqların asudə vaxtının səmərəli keçməsinə, bilik və bacarıqlarının artırılmasına dəstək olublar.