EN

Azərbaycanda kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib

Bakı. Trend:

2024-cü ilin IV rübündə cəmi istehlak kreditləri, o cümlədən,kredit kartları üzrə kredit standartlarında sərtləşmə davamedib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinədair sorğunun nəticələrinə istinadən xəbər verir.

Məlumata görə, istehlak kreditləri üzrə standartlarda sərtləşmə,əsasən, kreditlərin maya dəyərinin artımı formasında olub.Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən,kredit kartları üzrə standartlarda dəyişiklik olmayacağınıproqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, ocümlədən, kredit kartlarına tələb artıb. Sorğuda iştirak edənrespondentlərin cavablarına görə, tələbin artmasına təsir göstərənəsas faktor rəqəmsallaşma olub. Banklar növbəti rübdə ümumiistehlak kreditləri, həmçinin, kredit kartlarına tələbdə dəyişiklikolmayacağını proqnozlaşdırırlar.

İstehlak kreditləri üzrə portfelin keyfiyyəti, kapital mövqeyi,maliyyələşmə dəyəri və əhalinin ödəmə qabiliyyətinə dairgözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib.Bütövlükdə, sorğu nəticələrinə əsasən, bankların istehlak portfeliüzrə artım dinamikasının növbəti rüb də davam edəcəyigözlənilir.

Kreditləşmə fəaliyyətinə dair sorğunun cari ilin IV rüb üzrənəticələrinə əsasən, respondent bankların 85%-i əhalinin borclanmasəviyyəsində dəyişiklik olmadığını, 15%-i isə orta dərəcədə artımolduğunu bildirib.

Nəticədə, 2024-cü ilin IV rübü üzrə diffuziya indeksi 11% təşkiledib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasınındavam etdiyini göstərir.

Chosen
60
1
az.trend.az

2Sources