EN

Pakistanda məsciddə partlayış baş verib, 6 nəfər ölüb - Yenilənib

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb...

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif hadisəni terror aktı adlandırıb.

Məlumata görə, yaralanlardan 20-si xəstəxanalara çatdırılıb.

“Reuters” agentliyinin məlumatına görə, azı 6 nəfər həlak olub. Partlayışdan dərhal sonra polis hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, partlayış kamikadze tərəfindən törədilib.

***

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) yerli polisə istinadən məlumat yayıb.

"Pakistanın şimal-qərbindəki Darul Ulum Haqqaniya məscidində törədilən partlayış nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb", - məlumatda bildirilib.

***

Pakistanın Akora şəhərində məsciddə törədilən partlayış nəticəsində ən azı dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Hadisə ilə əlaqədar tibb müəssisələrində yüksək hazırlıq səviyyəsi elan edilib.

Qeyd olunub ki, bu, müsəlmanların müqəddəs Ramazan ayı öncəsi son cümə namazı olub. Darul Ulum Haqqaniyya mədrəsəsi ölkədə ən böyük İslam məktəblərindən biridir.

***

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində cümə namazında güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Partlayış nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər yaralanıb.

Poliqon.info

Chosen
88
2
poliqon.info

10Sources