EN

Keçmiş hakim azadlığa buraxıldı, 214 min manatlıq ziyanı ÖDƏMƏDİ - YENİDƏN məhkəmə qarşısına çıxacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dələduzluqda təqsirli bilinərək dörd il altı aylıq həbsə məhkum edilmiş keçmiş məhkəmə hakimi Lətif Nəbiyev vaxtından əvvəl azadlığa buraxılandan sonra yenidən məhkəməyə verilib.
Keçmiş hakimi məhkəməyə iş üzrə əsas zərərçəkmiş Azad İbrahimov verib.
A.İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər Rayon Məhkəməsinin qərarından narazıdır:
"Buna görə də Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişəm. Zərərçəkmiş kimi məhkəməyə dəvət olunmadım və mənə dəymiş zərər ödənmədi. Bakı Apellyasiya Məhkəməsi Lətif Nəbiyevin mənə 214 258 manat ödəməli olduğu barədə qərar çıxarıb. Niyə üç il öncə qəbul edilmiş qərar olan mülki iddiam icra olunmur? Həmçinin Lətif Nəbiyev niyə vaxtından əvvəl azadlığa buraxılıb?
4 mart tarixində, saat 11:30-da Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə yeni məhkəmə olacaq".
Məhərrəm Əliyev
Chosen
43
2
oxu.az

3Sources