"Bilirdik ki, ağır oyun olacaq. Hər iki komanda meydanda yaxşı mübarizə apardı".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kuboku 1/4 final mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, "Zirə" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib: Futbolçularım bu gün yaxşı iş gördülər. Düşünürəm ki, layiqli qələbə qazandıq. Bu matçı unudub çempionat oyununa hazırlaşmağımız vacibdir. Heyətdə zədəli oyunçuların çox olmasına baxmayaraq, yolumuza davam edirik. Bəzi futbolçularda mikrozələr var, bəziləri komanda ilə məşqlərə başlayıb. Getdikcə optimal heyətə yaxın olacağıq. Bu gün "Zirə"nin də yaxşı epizodları oldu. Qapıçımız inamlı oynadı. Penalti də oyunun bir hissəsidir. Biz də bundan istifadə etdik".
Qeyd edək ki, "Araz-Naxçıvan" iki matçda hər 3 qolu penalti zərbəsindən vurub.
İdman.biz