EN

I Liqa: "Qəbələ" liderliyini möhkəmləndirdi, "Mingəçevir" sonuncu pillədən qurtuldu

Futbol üzrə Birinci Liqada 16-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 4 görüş baş tutub. 

Turun mərkəzi oyununda "Qəbələ" ilə "Karvan" üz-üzə gəliblər. Kaxaber Tsxadadzenin komandası ev oyununda inamlı qələbə qazanaraq liderliyini möhkəmləndirib. 

Səfərdə "Qaradağ Lökbatan"ı üstələyən "İmişli" bu qələbə sayəsində "Karvan"ı 2-ci pillədən sıxışdıraraq liderin ən yaxın izləyicisi statusuna yiyələnb. 

MOİK - "Zaqatala" görüşündə qalib müəyyənləşməyib. Daha bir prinsipial matç autsayder zonasında baş tutub. Buna qədər sonuncu pillədə qərarlaşan "Mingəçevir" "Difai"ni üstələyərək həm bu komandanı, həm də "Qaradağ Lökbatan"ı geridə qoyub və 8-ci yerə yüksəlib.

Qeyd edək ki, turun dünən baş tutan açılış oyununda "Baku Sportinq" "Cəbrayıl"ı 1:0 hesabı ilə məğlub edib.

Birinci Liqa
16-cı tur
28 fevral

"Qəbələ" - "Karvan" 2:0
Qollar:
D.Massumo, 54, A.Şuaybu, 84

"Mingəçevir" - "Difai" 1:0
Qol:
R.Məmmədov, 88

"Qaradağ Lökbatan" - "İmişli" 0:1
Qol:
P.Alveş, 40

MOİK - "Zaqatala" 0:0

Chosen
31
fanat.az

1Sources