EN

ABŞ Ali Məhkəməsi USAID maliyyə yardımlarının bərpası ilə bağlı aşağı instansiya məhkəməsinin qərarını ləğv edib

Bakı. Trend:

Bir müddət əvvəl ABŞ Ali Məhkəməsinin sədri Con Roberts DonaldTramp administrasiyası üzərinə USAID-in dondurulmuş vəsaitlərininazad edilməsi öhdəliyi qoymağa çalışan federal hakimin qərarınıləğv etmişdi.

Trend xəbər verirki, amerikalı yazıçı Rod. D.Martin belə bir addımın səbəbini öz “X”səhifəsində izah edib.

“Dairə hakimi-demokrat maliyyə diktatoru rolunu oynamağaçalışaraq, vergi pulları üzərində sərəncam verilməsinə növbəti dəfəməhkəmə yolu ilə qadağa qoymağa çalışıb”, - deyə Martin yazır.

Onun sözlərinə görə, Trampın komandası bununla əlaqədar əvvəlapellyasiya məhkəməsinə baş vurub. Amma orada istədikləri nəticəniəldə edə bilməyiblər və bu dəfə birbaşa olaraq Ali Məhkəməyə üztutublar və sədr Roberts mübahisəsiz şəkildə federal məhkəməninçıxardığı qətnaməni qüvvədən salıb.

“Apellyasiya məhkəməsi bəyan edib ki, federal hakim Əmir Əlininqərarları "mübahisələndirilə bilməz". Federal hakimlər nə vaxtdankrallara çevriliblər və onların qərarları mübahisə oluna bilməz?!”,– deyə Martin vurğulayıb.

O, Ali Məhkəmənin belə bir mövqe ilə razılaşmadığını diqqətəçatdırıb.

Yazıçının fikrincə, Ali Məhkəmənin sədri mesaj verir ki,aktivist-hakimlər icra hakimiyyətinin işinə qarışmamalıdırlar.

“Roberts artıq aşağı instansiya məhkəmələrini məhkəməqadağalarından sui-istifadə halları ilə bağlı xəbərdar etmişdi.İndi isə o, sadəcə danışmır, konkret addımlar atır. Əgər o, hakiminhaqlı olduğunu düşünsəydi, heç nə etməyə də bilərdi. Lakin dərhalmüdaxilə etdi. Bu, ciddi bir siqnaldır”, – deyə Martinbildirib.

Məqalədə:
Chosen
86
2
az.trend.az

3Sources