EN

“Türkiyə AB üçün əvəzolunmazdır”

2020-2021-ci illərdə İspaniyanın Xarici İşlər Naziri olmuş Arança Qonzales Laya Türkiyənin Avropa Birliyi (AB) üçün əvəzolunmaz qlobal aktor olduğunu bildirib.

Laya İspaniyanın Madrid şəhərindəki Esade Biznes Məktəbinin təşkil etdiyi “Qırılma və ya islahat: Avropa demokratiyaları parçalanmış dünya ilə üzləşir” adlı paneldə çıxış edib.

ABŞ, Rusiya və Çinin qlobal aktor kimi ortaya çıxdığı indiki dövrdə "Türkiyə də nəzərə alınmalıdır. Türkiyə qlobal güc olmaq yolunda çox yaxşı irəliləyişlər edir. Türkiyə AB üçün əvəzolunmazdır”, – deyib.

***

Paris Beynəlxalq Münasibətlər Məktəbinin (PSIA) dekanı Laya, AB-nin gücünü itirdiyini və artımı təmin edəcək iqtisadi islahatların aparılmasının vacibliyini vurğulayaraq, “İqtisadiyyat, maliyyə və müdafiə sahələrində islahatlar aparılmalıdır. Ancaq bu islahatlar demokratiyaya əsaslanmalıdır. Çünki bizi digər ölkələrdən fərqləndirən də budur”, – deyib.

AB-nin islahatları həyata keçirmək məqsədilə tez hərəkət etmək üçün siyasi enerjiyə, istək və qabiliyyətə malik olmasının lazım olduğunu qeyd edən Laya, Avropa siyasətindəki mövcud problemin avropaçılıq və millətçilik üzərində qurulduğunu, əksəriyyətin avropaçı olmasına baxmayaraq, İtaliya başda olmaqla bəzi AB ölkələrinin millətçi hakimiyyəti müdafiə etdiyini və buna qarşı siyasi mübarizə aparılmalı olduğunu iddia edib.

Laya həmçinin bildirib ki, ABŞ Donald Trampla qopma dövrünü yaşayır, ifrat sağçılar və texnologiya şirkətləri demokratik sistemi çökdürmək üçün çevriliş edirlər və bu cəhdin məqsədi həm də AB-ni məhv etməkdir.

***

Digər tərəfdən, panelin digər qonağı NATO-nun keçmiş baş katibi (1995-1999), İspaniyanın keçmiş xarici işlər naziri (1992-1995) və AB-nin xarici siyasət üzrə keçmiş ali nümayəndəsi (1999-2009) Xavier Solana da çıxış edib.

Solana, “1942-ci ildə anadan olmuşam. Siyasətə diktator Frankonun ölümündən sonra (1975) daxil oldum və indiyə qədər bir çox ABŞ prezidentini tanıdım. Amma Tramp fərqlidir. Təəssüf ki, həm AB, həm də ABŞ üçün pis dövr olacaq”, – deyib.

“Donald Trampın Avropa Birliyi ABŞ-ı məhv etmək üçün yaradılıb fikri məncə tamamilə yanlışdır”. Solana həmçinin Trampın Almaniyada keçirilən ümumi seçkilərdə səslərini artıran və ölkənin ikinci ən böyük siyasi partiyasına çevrilən ifrat sağçı Almaniya üçün Alternativ (AfD) üçün səs istəməsini tənqid edib.

“Amerikalılar AfD-nin müdafiə etdiyi ideologiyaya qarşı vuruşdular və xeyli itkilər verdilər. Amma indi Tramp AfD-yə səs istəyir”.

Solana xüsusilə gənclərdən narahat olduğunu bildirib və siyasi mübarizədən heç vaxt imtina edilməməsi lazım olduğunu bildirib.

Chosen
96
vaxt.az

1Sources