EN

Barselona Azərbaycan Evində Xocalı soyqırımı qurbanları anılıb (FOTO)

Bakı. Trend:

İspaniya Krallığının Barselona şəhərində fəaliyyət göstərənAzərbaycan Evində Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədriKərim Kərimovun təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cüildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, açılış nitqi ilə çıxış edən Barselonada yaşayansoydaşımız, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü ÇiçəkZalova Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

Barselonada yaşayan həmyerlimiz, cəmiyyətin üzvü Nailə Adilqızıxalqımızın yaşadığı ağır günlərdən danışıb. Sözləri özünə məxsusolan qələbə ruhlu “Ulu Dövlət” musiqisindən bəhs edib.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun Xocalı soyqırımı iləbağlı hazırladığı videoçarxlar və “Ulu Dövlət” adlı videoklipnümayiş olunub.

İspaniyada yaşayan azərbaycanlı gənc bəstəkar, pianoçu SaraAmirian Dilrubanın Xocalıya həsr olunmuş və böyük Simfonik Orkestrüçün bəstələdiyi “Fəryad” əsəri, Azərbaycan Televiziyasının Xocalıhaqqında qısametrajlı filmi təqdim edilib. Pianinoda FikrətƏmirovun “Elegiya” əsəri ifa olunub.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bukimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərininbeynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqcafaydalıdır.

Barselona
Barselona
Barselona
Barselona
Barselona
Barselona
Chosen
54
1
az.trend.az

2Sources