EN

Şəxsi avtomobillərlə yola çıxmayın - DYP-dən ÇAĞIRIŞ

Paytaxtda hazırda qar yağması səbəbindən yollarda sıxlıq müşahidə edilir.

Yenisabah.az xəbər verir ki, bu barədə DYP-nin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

"Hava şəraitinin yaratdığı çətinliklər nəzərə alınaraq, zərurət olmadığı təqdirdə şəxsi avtomobillərlə yola çıxmamağınız tövsiyə olunur.

Hərəkətdə olan sürücülərdən ehtiyatlı olmaları, sürət həddini və yol şəraitini nəzərə almaları, eləcə də digər nəqliyyat vasitələri ilə ara məsafəsini düzgün saxlamaları xahiş edilir", - o qeyd edib.


Telegram kanalımız
Chosen
57
1
yenisabah.az

2Sources