EN

Makrondan Tramp-Zelenski davasına REAKSİYA

Fransa Prezidenti Emmanuel Makron Ağ Evdə Trampla Zelenski arasında gərginliyə münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, Portuqaliyada jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, Rusiya təcavüzkardır, Ukrayna isə təcavüzə məruz qalan tərəfdir..

"Düşünürəm ki, biz 3 il əvvəl Ukraynaya kömək etmək və Rusiyaya sanksiya tətbiq etməkdə haqlı idik və bunu davam etdirməkdəyik.  Biz... əvvəldən mübarizə aparanlara hörmət etməliyik", - Makron  deyib.

Qeyd edək ki, Ağ Evdə ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında gərginlik yaşanıb. Zelenski görüşü başa çatmadan Ağ Evi tərk edib.

Chosen
121
50
modern.az

10Sources