Rusiyanın TASS informasiya agentliyinin müxbiri ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşdən qovulub.
Bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, TASS-ın müxbiri Oval kabinetdə baş tutacaq görüşə akkreditasiya almayıb.
Agentliyin müxbirini Ağ evin mətbuat katibi Kerolayn Levitt müşayiət edib. Onun bu görüşə buraxılması “səhv” adlandırılıb.
"Cebheinfo.az"