Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında keçirilən görüşü şərh edib.
Dövlət başçısının açıqlamasını “BFMTV” telekanalı yayıblayıb.
“Sizə yardım göstərənlərə minnətdar olmaq lazımdır. Əvvəldən mübarizə aparanlara da hörmət etmək lazımdır”, - Makron vurğulayıb.
O əlavə edib ki, Ukrayna xalqı digər məsələlərlə yanaşı, Avropanın təhlükəsizliyi üçün də mübarizə aparır.
APA
Tarix: 1 Mart 2025, 00:55