EN

Avtomobillər yollarda qalıb - FOTOLAR

Hazırda müşahidələr göstərir ki, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda yolların buz bağlaması səbəbindən, xüsusilə yük avtomobillərinin hərəkətində problemlər yaranıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, yolda sürüşmə ehtimalını nəzərə alsaq mümkün qədər çox ara məsafəsi saxlanılmalı və sürət həddinə əməl edilməlidir. Bu zaman baş verə biləcək yol-nəqliyyat hadisəsindən yayınmaq mümkün ola bilər. 

Paytaxtın bəzi əsas yollarında nəqliyyat sıxlığı hələ də qalmaqdadır.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 3. Alı Mustafayev küçəsi, "20 Yanvar" metro stansiyası  istiqamətində;

 4. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Chosen
81
11
unikal.az

10Sources