EN

Ciorcia Meloni ABŞ, Aİ və müttəfiqləri arasında təcili toplantı çağırmağa hazırlaşır

Bakı. Trend:

İtaliyanın baş naziri Ciorcia Meloni ABŞ, Aİ və müttəfiqləriarasında təcili sammitin keçirilməsini təklif edəcəyiniaçıqlayıb.

Trend xəbər verirki, bu barədə Reuters məlumat yayıb.

Meloni bu bəyanatı fevralın 28-də Ağ Evdə ABŞ prezidenti DonaldTramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında yarananmübahisədən sonra verib.

İtaliya lideri bildirib ki, sammitin əsas məqsədi Ukraynadanbaşlayaraq dövrümüzün mühüm çağırışlarına qarşı necə birlikdəmübarizə aparmaq barədə müzakirələr aparmaqdır.

"Qərbdəki hər bir parçalanma hamımızı zəiflədir vəsivilizasiyamızın tənəzzülünü görmək istəyənlərə fayda verir", –deyə Meloni vurğulayıb.

Chosen
66
1
az.trend.az

2Sources