EN

OpenAI yeni nəsil süni intellekt modeli "GPT-4.5"i təqdim edib

ABŞ-nin "OpenAI" şirkəti süni intellekt texnologiyasının növbəti inkişaf mərhələsini təmsil edən "GPT-4.5" modelini təqdim edib.

“İki sahil” xəbər verir ki, "GPT-4.5" indiyədək hazırlanan ən güclü və inkişaf etmiş çatbot modelidir. Yeni versiya məntiqi əlaqələri anlamaq, yaradıcı ideyalar formalaşdırmaq və mürəkkəb problemləri həll etmək bacarıqlarını təkmilləşdirir.

"GPT-4.5" istifadəçilərin sorğularına daha dəqiq cavab verməklə yazı və proqramlaşdırma sahələrində daha faydalı olacağı gözlənilir. OpenAI mütəxəssisləri yeni modelin əvvəlkilərlə müqayisədə daha az səhvə yol verdiyini bildiriblər.

Məlumata görə, "GPT-4.5" nəzarətsiz öyrənmə prosesini genişləndirməklə süni intellektin daha dərin biliklərə yiyələnməsinə imkan yaradır. "Microsoft Azure" superkompüterlərində hazırlanan bu model AI sistemlərinin daha etibarlı və dəqiq işləməsinə töhfə verəcək.

Chosen
21
2
ikisahil.az

4Sources