EN

Kassano: “Motta “Yuventus” üçün fəlakətə çevrildi”

Keçmiş italyan hücumçu Antonio Kassano “Yuventus”un uğursuzluqlarında baş məşqçi Tyaqo Mottanı təqsirkar görür.

Arena.az Kassanonun braziliyaəsilli italiyalı mütəxəssis barədə qənaətini təqdim edir:

“Tyaqo Motta fəlakətə çevrildi. Bir neçə futbolçu isə özünü gözdən salıdı. Onlar yeni baş məşqçi ilə hər şeyi başdan başlamalıdırlar”, deyə Kassano vurğulayıb.

Xatırladaq ki, Tyaqo Motta “Yuventus”u 2024-cü ilin iyul ayından çalışdırır. 42 yaşlı braziliyaəsilli italiyalı mütəxəssisin “qoca sinyora” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bu müddətdə Motta “byankoneri”ni 39 oyuna çıxarıb, 17 qələbə, 16 heç-heçə və 6 məğlubiyyət yaşayıb. Komandanın top fərqi isə 63:39 nisbətindədir.

Motta “Yuventus”a qədər “Cenoa”, “Spetsiya” və “Bolonoya”nı çalışdırıb.

“Yuventus” İtaliya A Seriyasının cari mövsümündə 26 oyuna topladığı 49 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Chosen
65
arena.az

1Sources