EN

Oval tələ

Trampın Zelenskini media önündə təpə-qapaz etmək cəhdi bilirsiniz nəyi xatırlatdı? Məhəllədə və məktəbdə elələri olur ki, özlərindən kiçiyin, ya elə bir Allahın yazığının üzərində digərlərinin gözü önündə lotuluq etməklə hörmət sahibi olmaq istəyirlər. Amma nəinki ola bilir, olan-qalan dəyərlərini də itirirlər. Niyə? Çünki belələrindən də güclüsü var və bunların bu hərəkəti həmin o güclü qarşısındakı kompleksin, qorxunun olduğunu göstərir. Trampın bu hərəkəti bir növ Putinə göstərmək idi ki, bax, sənə görə bunu indi döyəcəm.

Tramp məktəbdə və ya məhəllədəki varlı ailənin övladıdır. Putin isə məktəbin və ya məhəllənin “birinci şef”i. Tramp Putinin yanında olmaq üçün məktəblərdə güclüyə dönər, saqqız, nə bilim, siqaret alıb onun yanında olmaq istəyəndi. Putin bunu çox yaxşı bilir, başa düşür ki, Trampın pullarına ehtiyac var. Sonuncunun dünən Oval kabinetdə oynadığı mini-səhnəcik Rusiyanın nadir metallar yataqlarına Putinin razılığını alması idi. Rusiyanın bu yataqların istismarına xərcləyəcəyi 15 milyardı, texnikası və mütəxəssisləri yoxdur. Tramp isə nadir təbii sərvətləri Ukraynadan alıb Putinlə pis olmaqdansa, elə sonuncudan alıb dost tapar və ucu-bucağı görünməyən Rusiya bazarına çıxar. Rusiyanın Ukraynanı işğal etməsi Avropanı qorxudur, okeanın o tayındakı Vaşinqtonun isə vecinə də deyil. Əsas qazanc olsun. “Это бизнес и ничего личнего!”

P.S. Məncə, bu dueldən Zelenski qalib çıxdı. Özü də hansısa siyasi zəkası, qətiyyəti və ya fərasəti ilə deyil. Qarşısındakının haqlı çıxmasını Tramp özü təmin etdi, mən olsam da, belə olacaqdı. Tramp özünü öz tələsinə saldı.

Chosen
51
vaxt.az

1Sources