EN

Ağcabədidə ötən gün baş verən qəzada ölənlərin sayı 6 nəfərə çatıb – YENİLƏNİB-3

Ağcabədi rayonunda dünən baş verən yol qəzasında ölənlərin sayı altı nəfərə çatıb.

Aznews.az xəbər verir ki, “Kia” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayev qəza zamanı zərbənin təsirindən yolun kənarına düşüb.

Onun meyiti sonradan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb

28.02.2025 22:19

Ağcabədi rayonunda baş vermiş zəncirvari qəzada beş nəfər bədənin müxtəlif dərəcəli xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aznews.az xəbər verir ki, hadisədə yaralananların kimliyi aşağıdakı kimidir:

1. Nəsirov Xəyal Asif oğlu, 1992-ci il təvəllüdlü.

2. Yusifli Tural İdris oğlu, 1992-ci il təvəllüdlü.

3. Umudzadə Akşin Elsevər oğlu, 1996-cı il təvəllüdlü.

4. Nurlan Qurbanov, 2000-ci il təvəllüdlü.

5. Əli Alişanov, 2000-ci il təvəllüdlü.

Chosen
153
2
aznews.az

10Sources