EN

Almaniya rəsmisi: “Tramp açıq şəkildə Zelenskini və Ukraynanı alçaltdı”

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin rəhbəri Mixael Rot Ukrayna Prezidenti Volodimir Zelenski ilə Birləşmiş Ştatların lideri Donald Tramp arasında mübahisəni şərh edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Tagesspiegel” qəzeti yazıb.

O, Trampın Ukrayna prezidentini və xalqını açıq-aşkar alçaltdığını deyib.

“Heç bir hörmət qoymadan onlar (Tramp və vitse-prezident Ceyms Devid Vens) Zelenskiyə hücum etdilər. Bu, təkcə onun deyil, həm də xalqının ləyaqətini alçaldır”, – deyə Mixael Rot bildirib.

Onun sözlərinə görə, bu, siyasi cəhətdən dağıdıcı və insani nöqteyi-nəzərdən olduqca nalayiq bir davranışdır.

Alman siyasətçi hesab edir ki, Vladimir Putin və onun kimi digər dövlət başçıları sevinməlidirlər.

“ABŞ artıq komandada oynamır”, – deyə Rot təəssüflənib.

Chosen
19
4
editor.az

3Sources