EN

Hüceyrələri qoruyan super qəhrəman – Sitrulin nədir, nəyə faydalıdır?

Hüceyrələri qoruyan super qəhrəman –

Bədənimizdə təbii olaraq olan sitrulin, elmi araşdırmalara görə hüceyrələri gənc tutaraq qocalma sürətini ləngidən amin turşularından biridir. Yaşla orqanizmdə azalan bu birləşməni artırmağın yollarını sizə təqdim edirik.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, sitrulin, sərbəst radikallarla mübarizə aparan antioksidan xüsusiyyətlərə malik bir amin turşusu kimi tanınır. Elmi araşdırmalara görə, bu xüsusiyyət hüceyrələrin zədələnməsini azaldır və qocalma sürətini ləngidir.

''Sitrulin uzunömürlülük üçün vacibdir. Bu, hüceyrələrimizin ətrafında patrul gəzən bir super qəhrəmana bənzəyir. "Sərbəst radikallarla mübarizə aparır və hüceyrələrinizi qoruyur" deyir Nevrologiya Mütəxəssisi Prof. Dr. Derya Uludüz, yaşla orqanizmdə azalan bu birləşmənin və tərkibində sitrulin olan qidaların digər faydalarını belə izah edib:

Bəzi qidalar sitrulinlə zəngindir. Ancaq faydasını görmək üçün onu normada və müntəzəm olaraq istehlak etmək lazımdır... Həmin qidaları təqdim edirik:

Qarpız: Sitrulinlə ən zəngin qidadır. Xüsusilə qabığa yaxın hissələrdə daha çox sitrulin var.

Balqabaq və balqabaq tumları: Balqabaq və onun toxumları sitrulinlə də zəngindir.

Xiyar: Bol sitrulin ehtiva edən tərəvəzdir.

Paxlalılar: Sitrulin mənbəyidir. Bununla belə, paxlalılar arasında noxud sitrulinin ən yaxşı mənbəyidir.

Fındıq: Badam, fındıq və qoz kimi qoz-fındıq da az miqdarda sitrulin ehtiva edir.

Qida əlavəsi olaraq qəbul etmək olarmı?

Hər hansı bir xəstəliyiniz olub-olmamasından asılı olmayaraq, əlavələrdən istifadə etməzdən əvvəl mütləq lazımi testlərdən keçin və həkiminizin məsləhəti olmadan heç vaxt istifadə etməyin.

Nəyə faydalıdır?

Hüceyrələri qoruyan bir amin turşusu olan sitrulinin orqanizm üçün bir çox faydası var... Onun bəzi faydaları bunlardır:

1. Qan axını və damar sağlamlığını yaxşılaşdırır: Sitrulin bədəninizdə arginin adlı başqa bir amin turşusuna çevrilir. Arginin qan damarlarınızın genişlənməsinə kömək edən azot oksidi istehsal edir. Bu şəkildə qan təzyiqiniz azalır və qan axını artır. Beləliklə, sitrulin qan damarlarınızdakı bütün işıqforları yaşıl rəngə çevirir. Bu təsiri ilə cinsi sağlamlıq üçün də faydalıdır (məsələn, erektil disfunksiya).

2. Məşq performansını artırır: İdman edərkən özünüzü yorğun hiss edirsiniz? Burada əzələ yorğunluğunu azaltmaqla enerjinizi artıran sitrulin işə düşür. Bundan əlavə, məşq zamanı laktik turşu yığılmasını azaldır. Bu, ertəsi gün pilləkənləri qalxarkən ağrı yaşamamağınızı təmin edəcək.

3. Əzələ böyüməsini dəstəkləyir: Əzələləriniz sitrulini sevir, çünki zülal sintezini artırır, onları daha güclü və daha sürətli bərpa edir. Bu, məşqdən sonra sağalmanızın sürətləndiriləcəyi deməkdir. Bir sözlə, sitrulin bədəninizin super yanacağıdır. Əzələlərinizə bol enerji verir.

4. İmmunitet sistemini gücləndirir: Sitrulin immunitet sisteminizin super qəhrəmanıdır. Argininin səviyyəsini artıraraq, bakteriya və viruslarla mübarizə aparmağa kömək edir. Məsələn, qrip olmusunuz? Sitrulin köməyinizə gəlir...

5. Bədəni təmizləyir: Sitrulin bədəninizi zərərsizləşdirir. Xüsusilə intensiv məşq zamanı əzələlər tərəfindən əmələ gələn ammonyakın təmizlənməsinə kömək edir.

6. Metabolik sağlamlığı dəstəkləyir: Sitrulin metabolik sindrom kimi vəziyyətlərin idarə edilməsində kömək edə bilər. İnsulin həssaslığını artıraraq qan şəkərinin səviyyəsini tənzimləyir. Yəni bədəninizi diabetik komaya qarşı qoruyur və bu səbəbdən həm damarlarınızı, həm də sizi qocalmanın təsirindən qoruyur.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
28
e-saglam.az

1Sources